Bakıda 250 min manatlıq oğurluq olubbackend

Bakıda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Türkan qəsəbəsi ərazisində yerləşən, istismarda olmayan bir istixanadan 250.000 manat dəyərində 2000 metr qaz borusunun kəsilərək oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 9 nəfər müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.