Bakıda 3 saylı Uşaq Evinin rəhbəri cəzalandırılıb, müəssisənin fəaliyyəti nəzarətə götürülüb – VİDEObackend

3 saylı Uşaq Evində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, müvafiq tibb müəssisəninin və digər aidiyyəti mütəxəssislərin iştirakı ilə komissiya yaradılmış və araşdırılmalar aparılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov bildirib.

Araşdırma nəticəsində 3 saylı Uşaq Evində heç bir yoluxucu xəstəlik aşkar edilməyib, tibb mütəxəssisləri tərəfindən həmin uşağa əsasən yaz və payız aylarında kəskinləşən atopik dermotit xəstəliyi diaqnozu təyin edilib.

Amma müəssisədə ümumi sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmasına baxmayaraq, bəzi nöqsanlar müəyyən olunub. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürüb.