Bakıda 30 aptekdə yoxlamalar keçirildibackend

Oktyabr ayında Bakıda 30 aptekdə yoxlama aparılıb.

Bu barədə “Yeni Gundem”-ə Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.

Qeyd olunub ki, aşkarlanan pozuntularla bağlı 5 protokol tərtib olunub.

Xatırladaq ki, daha öncə sentyabr ayında Bakı şəhəri üzrə – 24, digər rayonlar üzrə 9 aptek olmaqla 33 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddələri üzrə 4 protokol tərtib edilib.