Bakıda ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin görüşü keçirildibackend

Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi arasında görüş keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Diplomatlarla yanaşı, görüşdə USAID təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer də iştirak edib.