Bakıda ağır qəza, ölən varbackend

Bakı şəhərinin Sabunçu rayonunda “Opel” və “Hyundai” markalı iki minik avtomobili toqquşub. 

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Hyundai” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri “Opel” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.