Bakıda Almaniya səfirliyinin 1-ci katibi qəzaya düşdübackend

Bakıda səfirlik avtomobili qəzaya düşüb.

“Yeni Gündəm”-in məlumatına görə, Nəsimi rayonu Rəsul Rza küçəsində Almaniya səfirliyində 1-ci katib vəzifəsində çalışan Rinke Thomasın idarə etdiyi “Mitsubishi” markalı 007 D 015 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxt sakini Təranə Məmmədovanın sürdüyü “KİA” toqquşub. Nəticədə hənr iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.

lkin araşdırmalar zamanı hadisənin T.Məmmədovanın “yol ver” nişanının tələbinə əməl etməməsi səbəbindən baş verməsi məlum olub.

Araşdırmalar davam etdirilir.

Qafqazinfo