Bakıda ana oğlunun doğum günündə faciəli şəkildə öldü – TƏFƏRRÜATbackend

Bu ilin 22 iyun tarixində saat 16:00 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində Elvinə Həsənovanın ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

Hadisə baş verən gün E. Həsənovanın oğlunun ad günü imiş. O, oğlunun ad günü məclisinə hazırlaşmaq üçün gözəllik salonuna gedərkən faciəli hadisə ilə üzləşib.

Hadisədən əvvəl qadının həyat yoldaşı onunla əlaqə saxlayıb. E. Həsənova gözəllik salonuna gedəcəyini və oradan evə qayıdacağını bildirib. Bir qədər sonra o, Binəqədi “Mərkəz” adlanan yerdə yük maşınının yanından keçərkən avtomobil onu vurub. Maşının alt hissəsinə yıxılan qadının başı təkərin altında qaldığından o, hadisə yerində ölüb.

Binəqədi Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə sürücü 1989-cu il təvəllüdlü Yunis Məmmədov 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun sürücülük hüququ da məhdudlaşdırılıb. (Publika.az)