Bakıda anbardan 60 min manatlıq oğurluq olubbackend

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60.000 manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən “Yeni Gündəm”-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.