Bakıda avtobus ağır qəza törətdi, yaralılar varbackend

Bakıda marşrut xətti üzrə hərəkət edən avtobus ağır qəza törədib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə Xətai rayonu Seyid Əzim Şirvani küçəsində baş verib. Belə ki, 81 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobili aşıb və yararsız hala düşüb, avtobusa da ciddi ziyan dəyib.

Hadisə şahidləri qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.