Bakıda avtomobil ana və 2 yaşlı qızını vurubbackend
Bakıda avtomobil ana və qızını vuraraq xəsarət yetirib.
Hadisə Nizami rayonunda qeydə alınıb.
“Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında 1989-cu il təvəllüdlü Süleymanova Roza Abbas qızı və qızı 2020-ci il təvəllüdlü Süleymanova Mələk Elşad qızı yolu keçərkən avtomobil onları vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı R.Süleymanovaya açıq kəllə-beyin travması, M.Süleymanovaya isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.