Bakıda avtomobil dirəyə çırpılaraq yandı, xəsarət alan varbackend

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Xətai rayonunda baş verib. Belə ki, BMW markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.