Bakıda avtomobil divara çırpılıb, ölən varbackend

Bakının Qaradağ rayonunda “Renault” markalı minik avtomobili divara çırpılıb.

“Yeni Gündəm”-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Vahidov Elşad Nizami oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər