Bakıda avtomobil vuran şəxsin ayağı amputasiya edildibackend

Bakının Sabunçu rayonunda avtomobil qəzası zamanı bir nəfərin iki ayaq sümüyü sınıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Güləhmədov Samir Əlikram oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralının hər iki ayaq sümüyü sınıb. O, xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat zamanı sol ayağı amputasiya edilib.