Bakıda azyaşlı 5-ci mərtəbədən yıxıldıbackend

Bakıda 5 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb.

“Yeni Gündəm”-in məlumatına görə, hadisə ötən gün saat 07.00 radələrində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Həmin binada 5-ci mərtəbədə yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb.

Kəllə-beyin tramvası alan azyaşlı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.APA