Bakıda azyaşlı qız ikinci dəfə ərə verilirbackend

Bakıda azyaşlı ikinci dəfə ərə verilir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib.

K.Ağazadə qeyd edib ki, yeniyetmə Xəzər rayonu Türkan qəsəbəsində yaşayan biri ilə evləndirilir.

“Qız 13 yaşında evləndirilib və hətta 1 yaşında körpəsi də var. O, əvvəlki ailəsindən ayrılıb və yenidən ərə verilir”.