Bakıda bağlanan yollar açıldıbackend

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən yürüşlərlə əlaqədar bağlanan yollarda nəqliyyatın hərəkəti bərpa olunub.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

Yürüşlər tam təhlükəsiz şəraitdə başa çatıb.

Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.

Yürüşlər aşağıdakı marşrutlar üzrə başa tutub:

– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı;

– Şəhidlər Xiyabanı – “Alov qüllələri” kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;

– Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı.