Bakıda bank hesabından pul oğurlayan şəxs saxlanılıbbackend

Bakıda bank hesabından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də V.Əhmədovun bank hesabından 500 manat pul oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş F.Qənbərli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.