Bakıda bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldıbackend

Bakıda bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Yeni Gundem”-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.

Araşdırmalar davam etdirilir.