Bakıda baş verən yanğın söndürüldü – YENİLƏNİBbackend

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın hadisəsi artıq söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yaydığı məlumata görə, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanıb.

***

14:57

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Heydər Əliyev prospektində baş verən yanğınla bağlı məlumat yayıb.

“Yeni Gündəm”-in FHN-in saytına istinadən verdiyi məlumata görə, 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.