Bakıda betonqarışdıran maşın aşdı – VİDEObackend

Bu gün Yasamal rayonu ərazisində yük maşının aşması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Yeni Gündəm” xəbər verir ki, H.Zərdabi küçəsi ilə H.Hüseynov küçəsinin kəsişməsində betonqarışdıran maşın idarəetmədən çıxaraq aşıb. Nəticədə xeyli beton yolun hərəkət hissəsinə dağılıb, ərazidə nəqliyyatın hərəkəti çətinləşib.

Qəza nəticəsində insan itkisi baş verməyib.

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik.