Bakıda binanın lifti qırıldı, yaralanan var  – FOTObackend

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binalarından birinin lifti qırılıb.

“Yeni Gündəm”in hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə İzzəddin Həsənoğlu 6 ünvanında baş verib. Nəticədə bir neçə nəfərin xəsarət aldığı deyilir. Əraziyə təcili yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Daxili işlər Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.

***
Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. 48 yaşlı Zəhra Həsənova topuğun travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bina “Elit” MTK məxsusdur.