Bakıda bir ailənin 3 üzvü bıçaqlandı – Ata ÖLDÜbackend

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri – 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə “Yeni Gundem”-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.