Bakıda “BMW 535”lə avtoşluq edən 3 dost saxlanıldı – “Sizi silahla vuraram”backend

Bakıda “BMW 535i minik” markalı avtomobillə avtoxulqanlıq edən sürücü və sərnişinləri saxlanılıb.

“Yeni Gundem”-in Qaynarinfo-ya istinadən məlumatına görə, hadisə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində baş verib.

Polisin verdiyi məlumata görə, sürücü Tamerlan adlı şəxsin idarə etdiyi “BMW 535” qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq edib. YPX əməkdaşı tərəfindən Tamerlan maşını saxlanılıb. Bundan sonra, YPX əməkdaşı sürücünü maşından çıxarıb.

Sərnişinlər 2000-ci ildə Rusiyanın Çelyabinsk vilayətində anadan olan Fuad (şərti) və 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Nicat (şərti) həmin anları kamera ilə çəkmək istəyib, lakin polis əməkdaşları kameranı onun əlindən alıb. Mübahisə zamanı “sizi silahla vuraram” ifadəsi də işlədilib.

Nəticədə sürücü Tamerlan, sərnişinləri Fuad və Nicat saxlanılıblar. Hər üç şəxsin barəsində protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

İnzibati qaydada tutulmuş sərnişinlər Fuad və Nicat məhkəmə zalından sərbəst buraxılıb, barələrində 50 manat cərimə tətbiq edilib. Sürücü Tamerlan barəsində İnzibati Xətalar Məcəlləsinin başqa maddələri ilə tətbiq olunmuş məhkəmə qərarları birləşdirilərək, yenidən baxılmasına qərar verilib.