Bakıda bu yollar bağlandıbackend

Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.

İdarədən “Yeni Gündəm”-ə bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsindən – Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısından üzü Həsən Əliyev küçəsi istiqamətinə hər iki istiqamətdə və Cəlil Məmmədquluzadə küçəsindən Hənifə Ələsgərova küçəsi istiqamətində yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılıb:

“Sürücülərdən həmin istiqamətdə sıxlığın qarşısını almaq məqsədilə təmir-tikinti işləri başa çatanadək hərəkət üzrə istiqamətlərini dəyişməyi xahiş edirik”.