Bakıda, bulvar yaxınlığında dənizdə 25 yaşlı oğlanın meyiti TAPILDIbackend

Bakıda dənizdə meyit tapılıb.

Bu barədə “Yeni Gündəm”-ə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 2 iyun tarixində Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Bulvarı yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən dörd kilometr aralı qeyri-çimərlik, nəzarətsiz ərazi) dənizdə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Rüstəmov Nəsimi Kamal oğlunun axtarışları başa çatıb.

N.Rüstəmovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.