Bakıda “Chevrolet” və “Toyota” toqquşub, biri yanıbbackend

Bakı şəhərinin Nizami rayonunda “Chevrolet” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.