Bakıda daha bir məktəb əyani tədrisə qayıtdıbackend

Bakıdakı 36 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Yeni Gündəm”-ə verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.