Bakıda dana və quzu ətinin qiyməti bahalaşdıbackend

Yeni il bayramı günlərində ölkədə ətin qiymətinin artması müşahidə olunub.

“Yeni Gundem” xəbər verir ki, hazırda paytaxtın bəzi sallaqxanalarında dana ətinin 1 kiloqramı 14-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

Satıcılar Trend-ə bildiriblər ki, ətin bahalaşmasının səbəbi bayramda bu məhsula tələbatın artması ilə əlaqəlidir.

Satıcılar bildiriblər ki, qiymətin bahalaşması müvəqqətidir. Hesab edirlər ki, növbəti həftədən ətin qiyməti yenidən ucuzlaşacaq.