Bakıda dəhşət: Qaldırıcı kranın dəmir hissəsi işçinin üzərinə düşdübackend

Bakıda daş karxanasında çalışan kişi faciəvi şəkildə ölüb.

“Yeni Gündəm”-in xəbərinə görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.