Bakıda ƏN BAHALI mənzillərin SİYAHISI: “Port Baku”da 5 milyon, “Şəhər Bağları”nda 4 milyon…backend

Bakıda satılan ən bahalı mənzillər məlum olub.

“Yeni Gündəm”-in xəbərinə görə, hazırda Bakıda satılan ən lüks mənzilllər “Port Baku Residence”, “Şəhər Bağları” və “BAYIL BAY”, Clock Tower, Azure Residence və “Life History” premium yaşayış kompleksində yerləşir. Sahəsi 540-1600 m²-lik 4-15 otaqlı ən bahalı on mənzilin bazar dəyəri 2,4-5 milyon manat arasında dəyişir. Mənzillərin satışı, həmçinin, ipoteka şərtləri ilə də mümkündür.

Bakıda satılan ən bahalı mənzil isə “Port Baku Residence”də yerləşən 1050 m²-lik 8 otaqlı “penthaus”dur. Qiyməti 5 milyon manatdır.

Qeyd edək ki, dəniz mənzərəli mənzilin böyük terrası və 3 maşınlıq yeraltı dayanacağı da var. Digər mənzillər üzrə göstəricilər aşağıdakı kimidir.

APA