Bakıda evdən 150 min dollarlıq qızıl oğurlandı – VİDEObackend

Bakıda evdən içərisində pul, qızıl-zinət əyaları və qol saatları olan seyf oğurlanıb.

Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Binəqədi rayonunda yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, zərərçəkən ev sahibi polisə müraciət edərək 31 dekabr – 2 yanvar tarixləri arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib.

Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

DİN əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Murad Allahverdiyev və Uveys Məmmədov saxlanılıblar.

Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.