Bakıda əvvəl oğurluq etdiyi evdə yenidən eyni əməli törədən şəxs saxlanıldıbackend

Bakıda əvvəl oğurluq etdiyi evdə yenidən eyni əməli törədən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, fevralın 22-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

Faktla bağlı araşdırma aparılır.