Bakıda hərbçi döyüldübackend

Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.

Hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, Koala Parkının qarşısında sürücülər bir-birinə yol vermədiklərinə görə mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib.

Nəticədə 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu küt alətlə döyülüb.

O, xəstəxananın neyrocərrahiyə şöbəsinə yerləşdirilib.

Onun yaxınları APA-nın əməkdaşına bildirib ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.