Bakıda hipermarketdə atışma – YENİLƏNİBbackend
Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.
Bu barədə “Yeni Gundem”-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.
“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir” – məlumatda vurğulanıb.
12.53
Bakıda marketlərin birində silahlı atışma olub.
“Yeni Gundem” xəbər verir ki,  hücumun inkassatorun maşınına olduğu bildirilir.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.