Bakıda hospitaldan oksigen aparatı oğurlandıbackend

Bakıda hospitaldan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 22-də A.Aqarunov küçəsində yerləşən Hospitalın həyətindən 5180 manat dəyərində oksigen aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.