Bakıda ilk dəfə olaraq “bakuboutiquesfashionday” keçirildibackend

Son günlərdə Bakı şəhərində keçirilən modellik yarışmaları və dizaynerlərin işlərini ictimaiyyətə çatdıran tədbirlərin sayı durmadan artmaqdadır.

Bu gün sizə təqdim edəcəyimiz tədbir isə digər tədbirlərdən seçilən tədbirdir.
Belə ki, peşəkar xoreoqraf Rüstəm Hacıyevin – mr.rustam.haciyev -in təşkilatçılığı ilə keçirilən Bakuboutiquesfashionday sözen əsl mənasında ölkəyə səs salan bir tədbir oldu.

4 iyun tarixində 500 nəfər qonaqla nəzərdə tutulan bu tədbir 700-dən çox insan kütləsinı qonaq kimi qəbul edərək həqiqətən ajiotaj yaratdı.

“Yeni Gundem” xəbər verir ki, tədbir 4 iyun tarixində Bakının ən gözəl məkanlarından birində Boulevard oteldə həyata kecirildi.Qısa olaraq Bakuboutiqe haqqında:Bakuboutiquesfashionday 2019-cu ildə yaradılıb. Onların məqsədi Azərbaycanın ən tanınmiş seçilən Butiklərini və Dizaynerlərini bir arada toplayıb, onların defiləsini möhtəşəm şəkildə içtimaətə nümayiş etdirməkdir ki, bu işin öhdəsindən necə ustalıqla gəldikləri göz qabağındadır. Onlar butik sahibləri və dizaynerlərinin öz markalarını moda sahəsində üst zirvələrdə qalmasına şərait yaradırlar.

Tədbirdə tanınmış insanların iştirakı gecəni daha da maraqlı edib. Belə ki, məhşur simalardan instagram fenomeni stilist
@samiraldo və dəbli geyimləri ilə seçilən müğənni @sevdayahyayeva fotoqraglara verdiyi maraqlı pozlarla yadda qalıblar.
Lahiyənin rəhbəri Rüstəm Hacıyev bildirir ki, tədbirə çox böyük maraq var idi və stilist-vizajist və müğənnilərdən başqa moda sənayesinin də ən məşhur simaları bu tədbirin izləyiciləri olmuşdur. Defiledə yer alan dizaynerlərin (Zs couture, Türkanturkel couture, Lora atelier, Nisaz Brides, Zümrüd Mirzəliyeva)
@zscouture_
@turkanturkel_couture_atelier
@l_ora_atelier
@nisaz_brides
@zumrud_boutique
yaz/yay kolleksiyaları təqdim olunmuşdur.
Kolleksiyaların içindən moda gününün izləyiciləri tərəfindən Zümrüd Mirzəliyeva -nın (@zumrud_boutique) yeni kolleksiyası çox böyük maraq və gürültulu alqışlar ilə qarşılandı.

Xatırladaq ki, tədbirin informasiya dəstəkçilərindən biri də Yenigundem.az saytıdır.

Biz öz kollektivimiz adından
@bakuboutiquesfashionday
və @mr.rustam.haciyev-ə bu yolda uğurlar diləyirik və onlardan bu cür səviyyəli təqdimatlar gözləyirik.
Son olaraq bu cür möhtəşəm tədbir üçün sizlərə təşəkkür edirik.