Bakıda keçmiş məhkumdan qadına qarşı İYRƏNC HƏRƏKƏTbackend

Bakıda qadına hücum edilərək soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Yeni Gündəm” xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Rayonun A. Şərifzadə küçəsində naməlum şəxs Bakı şəhər sakini D. Babayevanın sinəsindən yumruqla vuraraq içərisində 540 manat olan pul, təqaüd kartları və sənədlərini olan əl çantasını quldurluq yolu ilə talayıb.

Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1982-cü il təvəllüdlü Ramin İsmayılov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.