Bakıda kirayədə qalanlara ŞAD XƏBƏR var – 20-25 faizə qədər…backend

ünyada sürətlə yayılmaqda davam edən COVID-19-un vurduğu sahələrdən biri də daşınmaz əmlak bazarıdır. Pandemiyanın istər kirayə, istərsə də alqı-satqı bazarına ciddi mənfi təsiri müşahidə edilir.

“Yeni Gündəm” xəbər verir ki, ekspert Elnur Azadov daşınmaz əmlak bazarının hazırkı vəziyyətindən danışıb:

“Bildiyiniz kimi, daşınmaz əmlak fondunun təxminən 17-18%-ni kirayə evlər təşkil edir. Bu evlərin 10%-i adi vətəndaşlar, 7-8%-i isə tələbələr tərəfindən kirayə götürülən mənzillərdir. 2019-cu il ilə müqayisədə, bu il kirayə mənzillərin qiymətində 20-25% azalma müşahidə edilir. Xarici vətəndaşlara təklif edilən günlük evlərin kirayəsində də azalma var. Hətta demək olar ki, bu bazar tamamilə dayanıb. Məlumat üçün deyim ki, hazırda şəhər daxili evlərin kirayə qiymətləri 300 manat, şəhər ətrafı mənzillərin qiyməti isə 250-manatdan başlayır”.

Ekspert Elnur Azadov evlərin alqı-satqı bazarında isə bir az fərqli tendensiyanın yaşandığını bildirib:

“Bu il ərzində, evlərin alqı-satqı qiymətlərində sabitlik yaşanıb.Ümumi satış qiymətlərində azalma müşahidə edilmir.  Sadəcə, bəzi inşaat həcmi böyük olan tikinti şirkətləri ev alan şəxslərə 3-5%-lik endirim kompaniyası təklif edir. Mənzillərin kirayə bazarından fərqli olaraq satışında sentyabrdan etibarən canlanma başlayıb. Bu ilin sonuna qədər isə artımın davam edəcəyi proqnozlaşdırılır”.

Onu da qeyd edək ki, hazırda Bakıda əmlak bazarında mənzillərin 1 kvadratmetr 1000 manatdan başlayan qiymətlə təklif edilir. Bu qiymət şəhərin ərazisindən asılı olaraq 4000 manata qədər dəyişə bilir. Şəhər ətrafı ərazilərdə isə evlərin 1 kvadratmetri 700 manatdan başlayır.Redaktor.az