Bakıda körpəsini boğaraq öldürən atanın məhkəməsi başlayırbackend

Bakıda 1 yaşlı oğlunu boğaraq qətlə yetirməkdə təqsirləndirilən Vüsal Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Yeni Gündəm” xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraaatına verilib.

Qeyd edək ki, hadisə bu il may ayında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

28 yaşlı Vüsal Əliyev 1 yaşlı oğlu R.-i boğaraq qətlə yetirib.

V.Əliyev tutularaq istintaqa təhvil verilib.