Bakıda kran aşan ərazidən CANLI YAYIM – Ölü və yaralılar varbackend

Xəbər verdiyimiz kimi, Bakıda qaldırıcı kran aşıb.

“Yeni Gündəm”-in məlumatına görə, hadisə Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.

Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb.

Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib.