Bakıda kütləvi davabackend

Bakıda kütləvi dava olub, bir qrup gənc saxlanılıb.

Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Səbail Rayon Polis İdarəsinə aprelin 19-da saat 20 radələrində metronun “İçərişəhər” stansiyasının yaxınlığında bir qrup gəncin Bakı şəhər sakinləri – E.Bağırovu və V.Xanlarovu döymələri və E.Bağırovun mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.q