Bakıda “Land Rover” piyadanı vurdubackend

Bakıda avtomobil piyadanı vurub.

Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə iyunun 3-ü saat 23 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.