Bakıda lift quraşdıran fəhlə faciəvi şəkildə öldübackend

Bakıda binaya yeni lift quraşdıran şəxs vəfat edib.

“Yeni Gündem”in verdiyi xəbərə görə, hadisə yanvarın 21-də Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən yaşayış binasında baş verib. “İKMA Services” MMC tərəfindən lift quraşdırılması zamanı həmin şirkətdə quraşdırıcı işləyən, 1998-ci il təvəllüdlü Musa Dəmirov liftin hərəkət etməsi nəticəsində liftlə tavan arasında qalaraq sıxılıb və orada vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.