Bakıda mağaza yandıbackend

Bakıda ərzaq mağazasında yanğın olub.

Bu barədə “Yeni Gündəm”-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan (hər mərtəbəsi 100 m², birinci mərtəbəsi ərzaq mağazası kimi fəaliyyət göstərir) ikimərtəbəli evin birinci mərtəbəsində anbara yığılan qarışıq mallar 15 m² sahədə yanıb.

Yüksək temperaturdan anbarın tavanı 15 m² sahədə qarsalanıb. Mağazanın qalan hissəsi, ev və yaxınlığında dayanan minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.