Bakıda mağazada iş adamının meyiti tapıldıbackend

Bakıda mağazada iş adamının meyiti tapılıb.

“Yeni Gundem” xəbər verir ki, hadisə Nəsimi rayonu, Bakı küçəsi: 1 ünvanında yerləşən mağazada baş verib. Həmin obyekti icarə əsasında işlədən Daşkəsən rayon sakini, 1973-cü il təvəllüdlü M.Bayramovun meyiti iş yerində aşkar edilib.

Onun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. M.Bayramovun ölüm səbəbi hələ ki, açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo