Bakıda marketdə öldürülən mühafizəçinin FOTOSUbackend

Xəbər verdiyimiz kimi, bu gün Xətai rayonunda yerləşən iri supermarketlərin birində atışma olub. Bakupost.az xəbər verir ki, atışmada həlak olan mühafizəçi Həsənov Rüfət Rahib oğlunun hadisə yerindən fotosu yayılıb.

Qeyd edək ki, o, başından aldığı güllə yarası nəticəsində dünyasını dəyişib.

Yaralanan Şaydayev Samir Ruslan oğlu kürək nahiyyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ ciynindən güllələnib.

Məlumata görə, hadisəni törədən 2 şəxs olub. Onlardan biri saxlanılıb. Digəri isə marketin içərisində gizlənib. Hazırda market bağlanılıb. Digər şəxsin saxlanılması istiqamətində işlər aparılır.