Bakıda maşın məşhur mağazaya girdi — FOTO/VİDEObackend

Bakıda maşın məşhur mağazaya girib.

“Yeni Gündəm” qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl “Soliton” mağazasının Məhəmməd Hadi küçəsində yerləşən filialında baş verib.

99 HC 885 nömrəli “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və yol kənarında yerləşən mağazanın şüşəsini sındıraraq içəri daxil olub.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.