Bakıda mənzildən 4 meyitin tapılması ilə bağlı yeni xəbərbackend

Bakıda mənzildə 4 nəfərin meyitinin tapılması ilə bağlı bəzi detallar məlum olub.

Meyitlər Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində yerləşən yataqxana tipli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində mənzildə aşkarlanıb.

Bildirilir ki, orta yaşlı şəxslər rayonlardan Bakıya işləməyə gəliblər. Onlar paytaxtda yerləşən bazarlardan birində fəhlə kimi çalışırmışlar.

Onların bir neçə gün əvvəl öldüyü qeyd olunur.

Meyitlər mənzildən çıxarılıb və ekspertizaya göndərilib.

Araşdırma aparılır. Ölüm səbəbi və ölənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

APA