Bakıda mənzildən çılpaq qadın meyiti tapıldı: Qətlə yetirildiyi məlum oldu – TƏFƏRRÜATbackend
Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən mənzildə meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.
“Yeni Gündəm” xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 29, mənzil 12-də qeydə alınıb.
Ordubad rayon sakini 1990-ci il təvəllüdlü Turanə İldırım qızı Cəfərovanın bədəninin müxtəlif nahiyələrində qançır izləri və elektrik naqili ilə boğularaq qətlə yetirilmiş çılpaq meyiti kirayədə qaldığı mənzildə aşkarlanıb.
Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.