Bakıda mənzildən külli miqdarda oğurluq edən qadın saxlanıldıbackend

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11 000 manat və 4 600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.